main-post-cover

    Redmi K70, K70 Pro və K70E təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    29.11.2023
    Emil Nəcəfov
         Uzun aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K70 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Redmi K70, K70 ProK70E modelləri daxil olublar. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də, texniki göstəricilər baxımından fərqlənirlər. İlk öncə Redmi K70 və K70 Pro modellərinə nəzər yetirək. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 4000 nit təşkil edir. Bununla yanaşı barmaq izi skanı texnologiyası da bu smartfonlarda ekrana inteqrasiya edilib. Smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər və onlar özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər.
         Adi Redmi K70 modeli Snapdragon 8 Gen 2 prosessoru, Redmi K70 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 12/16/24 GB RAM256/512 GB/1 TB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusuna gəldikdə isə adi Redmi K70 modeli 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, Redmi K70 Pro modeli isə 50 MP + 12 MP + 50 MP üçlü arxa kamera ilə təchiz olunub. Ön kamera, batareya həcmi və dəstəklənən sürətli şarj texnologiyasının gücü smartfonlarda eynidir. Bu isə o deməkdir ki, smartfonlar 16 MP-lik ön kameraya və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdirlər. Hər iki smartfon HyperOS vasitəsilə çalışır.
         Bununla yanaşı Redmi brendi Redmi K70 Pro-nun Champion Edition adlı versiyasını da hazırlayıb. Sözügedən modelin dizaynı Xiaomi ilə Automobili Lamborghini SQUADRA CORSE komandası arasındakı əməkdaşlıq çərçivəsində hazırlanıb. Onun texniki göstəriciləri adi Redmi K70 Pro-nun göstəriciləri ilə eynidir və o, yalnız 24 GB RAM1 TB yaddaş versiyasında satılacaq. Redmi K70 Pro Champion Edition modelinin qiyməti açıqlanmayıb.
         İndi isə keçək Redmi K70E modelinə. Redmi K70E modeli də xarici görünüşcə digər Redmi K70-lərdən fərqlənmir. Daha aşağı satış qiymətinə nail olmaq üçün Redmi K70E modelinə daha sadə ekran, daha aşağı güclü prosessor və o qədər də təkmilləşdirilməmiş kameralar quraşdırılıb. Beləliklə Redmi K70E smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1800 nit təşkil edir. Digər Redmi K70 modellərində olduğu kimi Redmi K70E-də də barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından Redmi K70E smartfonu MediaTek Dimensity 8300 Ultra prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Beləliklə Redmi K70 smartfonları artıq Çin bazarında satışa çıxıblar. Adi Redmi K70-in qiyməti 353$-dan, Redmi K70 Pro-nun qiyməti 465$-dan, Redmi K70E-nin qiyməti isə 280$-dan start götürür. Sözügedən smartfonlar qlobal bazarda çox güman ki, POCO brendi altında satılacaqlar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi K70 smartfon seriyasına xüsusi gaming model daxil olacaq
    redmi-k70-smartfon-seriyasina-xususi-gaming-model-daxil-olacaq
    Büdcəli Redmi 13C 5G smartfonunun nə zaman təqdim olunacağı məlum olub
    budceli-redmi-13c-5g-smartfonunun-ne-zaman-teqdim-olunacagi-melum-olub
    Təqdimatdan bir gün öncə Redmi K70 və K70 Pro-nun yeni real fotoları ortaya çıxıblar
    teqdimatdan-bir-gun-once-redmi-k70-ve-k70-pro-nun-yeni-real-fotolari-ortaya-cixiblar
    Redmi Buds 5 Pro naqilsiz qulaqlığının özəlliklərindən biri rəsmi şəkildə məlum olub
    redmi-buds-5-pro-naqilsiz-qulaqliginin-ozelliklerinden-biri-resmi-sekilde-melum-olub
    Təqdimatdan bir gün qabaq Redmi K70-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-redmi-k70-in-hansi-prosessoru-elde-edeceyi-aciqlanib