
Redmi K70 olduqca sürətli şarj texnologiyası dəstəyini əldə edəcək
Cihazlar+
11.10.2023
Emil
Xiaomi şirkəti son illərdə hətta orta büdcəli smartfonlarını yüksək sürətli şarj texnologiyasının dəstəyi ilə təmin edir. Görünür, şirkətin bu istiqamətdə strategiyası olduğu kimi davam edəcək. Bu həmçinin şirkətin Redmi brendini də əhatə edəcək. Qeyd etmək lazımdır ki, Redmi brendi hal hazırda Redmi K70 smartfon seriyası üzərində çalışır.
Ortaya çıxmış yeni məlumata əsasən bu seriyaya daxil olacaq adi Redmi K70 modeli 90 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Redmi K60 modeli 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Bu da heç aşağı bir göstərici deyil. Lakin Redmi K70-də sözügedən göstərici daha yüksək olacaq. Redmi K70 smartfon seriyasının ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
AnTuTu qlobal bazarda ən güclü Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmarkı qlobal bazarda ən güclü Android smartfonların reytinqini təqdim edib.

Elm & Texnologiya
NVIDIA şirkəti RTX 4080 Ti videokartını hazırlayır
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti gələn ilin əvvəlində NVIDIA GeForce RTX 4080 Ti və ya RTX 4080S (SUPER) adlı yeni videokartını satışa çıxaracaq.

Cihazlar+
Elastiki ekrana sahib slider form-faktorlu ilk smartfon gələn il satışa çıxa bilər
İnsayderlərin vermiş olduqları məlumata əsasən Infinix, TECNO və Itel kimi brendlərin sahibi olan Transsion holdinqi vivo şirkəti ilə birlikdə hərəkətli elastiki ekrana sahib slayder form-faktorlu smartfonlar üzərində çalışır.

Elm & Texnologiya
Xiaomi öz elektromobilinin hibrid versiyasını təqdim edəcək
Xiaomi şirkəti öz ilk elektromobili üzərində aktiv şəkildə çalışmağa davam edir.

Cihazlar+
Tim Cook nəyə görə hər il yeni iPhone-nun təqdim olunduğunu açıqlayıb
Brut adlı jurnalın əməkdaşları Apple CEO-su Tim Cook-dan müsahibə götürərək şirkətin siyasəti barəsində maraqlı məlumatlar əldə ediblər.
Ən çox oxunanlar

Şimali Koreya hakerləri Google Play-ə zərərli tətbiqlər yükləyiblər
