Logo
    main-post-cover

    Redmi K70 Pro Geekbench testlərindən keçib

    Cihazlar+
    20.09.2023
    Emil
        Son günlərdə Redmi Note 13 smartfon seriyasının müxtəlif modelləri Geekbench testlərindən keçiblər. İndi isə Redmi-nin hələ təqdim olunmamış daha bir smartfonu Geekbench testlərindən keçib. Söhbət Redmi K70 seriyasına daxil olacaq Redmi K70 Pro modelindən gedir. Geekbench testlərindən sözügedən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Geekbench testləri sayəsində məlum olub ki, Redmi K70 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə Android 14 əməliyyat sistemini birləşdirir. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1100 xal, çox nüvəli testi çərçivəsində isə 5150 xal toplayıb. Redmi K70 smartfon seriyasının noyabr ayının əvvəlində təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər