
Redmi K70 Pro-nun dizaynı rəsmi şəkildə sərgilənib
Cihazlar+
24.11.2023
Emil
Xiaomi-nin Redmi brendi 29 noyabr tarixində Redmi K70 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Redmi K70, K70 Pro və K70E modelləri daxil olacaqlar. Lakin təqdimat tədbirini gözləmədən Redmi brendi Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K70 Pro-nun fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon iki gövdə rəngində əks olunub. Ağ və qara. Fotolardan da görmək olar ki, Redmi K70 Pro smartfonu yastı gövdə dizaynını və yastı ekranı əldə edəcək.

Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi və LED işıqlandırma yerləşəcək. Ümumilikdə smartfonun arxa kamera sahəsinin dizaynı POCO smartfonlarının arxa kamera sahəsi dizaynlarını xatırladır. Qeyd etmək lazımdır ki, Redmi K70 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalıdır. Bununla yanaşı onun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli AMOLED ekranla təchiz olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
