
Redmi K70 Pro-nun ekran özəllikləri məlum olub
Cihazlar+
27.11.2023
Emil
Xiaomi-nin Redmi brendi 29 noyabr tarixində təqdim ediləcək Redmi K70 Pro smartfonu barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət sözügedən smartfonun ekranı barəsində məlumatları təqdim edib. Redmi tərəfindən təqdim edilmiş posterlərə əsasən Redmi K70 Pro smartfonu OLED ekranla təchiz olunacaq. Ekran 2K keyfiyyətində olacaq və 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 4000 nit təşkil edəcək. Qeyd etmək lazımdır ki, Redmi K70 Pro-nun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı artıq məlumdur.


Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
