main-post-cover

    Redmi K70 Pro-nun əsas kamerası barəsində məlumat verilib

    Cihazlar+
    18.04.2023
    Emil Nəcəfov
        Redmi K flaqman smartfon seriyasının smartfonları adətən diqqət çəkəcək səviyyəyə sahib kameralar əldə etmirlər və bu səbəbdən də onlar hətta Xiaomi-nin əsas flaqman smartfon seriyasının kameraları ilə rəqabət apara bilmirlər. Lakin bu il vıəziyyət dəyişə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən o, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq hansısa subflaqman smartfonun hazırlandığını öyrənib.
        Bununla yanaşı insayder bildirib ki, hazırlanan smartfonun əsas arxa kamerası 1/1.3" ölçülü sensora sahib olacaq. Güman olunur ki, söhbət, Redmi K70 Pro-dan gedir. Kamera sensorunun ölçü təsviri Samsung-un HP2 adlı 200 MP-lik kamerasını xatırladır. Qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra-da məhz bu kameradan istifadə edilir. Bununla belə, sözügedən smartfon hələ hazırlanma mərhələsindədir və onun final versiyası tamamilə fərqli kamera göstəricilərini əldə edə bilər. Redmi K70 smartfon seriyasının ilin sonunda təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala