Redmi K70 Pro-nun kameraları barəsində yeni məlumat verilib

Redmi K70 Pro-nun kameraları barəsində yeni məlumat verilib

Mobil Cihazlar
05.09.2023 PAYLAŞIM

    Xiaomi-nin Redmi brendinin hal hazırda üzərində aktiv şəkildə çalışdığı Redmi K70 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 Pro-nun kameraları barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən Redmi K70 Pro modeli 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Lakin məlumatda 50 MP-lik kameranın modeli barəsində heç bir söz əks olunmayıb. Bununla yanaşı insayder əlavə edib ki, bu yeni smartfon 3.2 qat zoom özəllikli telekameranı da əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, nəinki Redmi K60 Pro, hətta Redmi K60 Ultra da telekameraya sahib deyil. Redmi K70 smartfon seriyasının yaxın aylar ərzində təqdim ediləcəyi gözlənilir.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×