Redmi K70 Pro-nun render fotoları təqdim edilib
Cihazlar+
07.11.2023
Emil Nəcəfov
Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K70 Pro smartfonuna aid olduqları iddia edilən render fotolar ortaya çıxıb. Ortaya çıxmış render fotolar Redmi K70 Pro-nun daha öncə ortaya çıxmış sxematik fotoları ilə üst-üstə düşürlər. Render fotolardan da görmək olar ki, Redmi K70 Pro-nun arxa panelindəki kamera sahəsi bir növ qatlana bilən Mix Fold 3-ün arxa kamera sahəsinə bənzəyir. Fotolardan birində görmək olar ki, arxa kamera sahəsindəki dairəvi hissələrdən biri dekorativ rol oynayır və o özündə LED işıqlandırmanı birləşdirir. Render fotolardan belə qənaətə gəlmək olar ki, Redmi K70 Pro smartfonu yastı ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi K70-in sahib olacağı kameralardan birinin hansı kamera olacağı məlum olub
Redmi K70-in sahib olacağı kameralardan birinin hansı kamera olacağı məlum olub
Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 smartfonu barəsində məlumatları paylaşmağa davam edir.
Büdcəli POCO C65 smartfonu təqdim edilib
Büdcəli POCO C65 smartfonu təqdim edilib
Xiaomi-nin POCO brendi öz növbəti büdcəli smartfonu olan POCO C65-i təqdim edib.
Redmi K70-nin texniki göstəriciləri ilə bağlı ətraflı məlumatlar verilib
Redmi K70-nin texniki göstəriciləri ilə bağlı ətraflı məlumatlar verilib
Xiaomi-nin Redmi brendi hal hazırda Redmi K70 smartfon seriyasının təqdimatına hazırlaşır.
Xiaomi 14 Ultra barəsində bəzi yeni məlumatlar verilib
Xiaomi 14 Ultra barəsində bəzi yeni məlumatlar verilib
Gələn il Xiaomi 14 Ultra flaqman smartfonunun təqdimatı gözlənilir.
Büdcəli Redmi 13C smartfonunun rəsmi posterləri təqdim edilib
Büdcəli Redmi 13C smartfonunun rəsmi posterləri təqdim edilib
Xiaomi-nin Redmi brendi təqdimata hazırlaşan büdcəli Redmi 13C smartfonunun ilk reklam posterlərini təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!