
Redmi K70 Pro-nun texniki göstəriciləri təqdim edilib
Keçən həftə internetdə Redmi K70 smartfonunun texniki göstəriciləri barəsində məlumat ortaya çıxmışdı. Lakin bu, Redmi K70 seriyasının yeganə modeli olmayacaq. Belə ki, seriyaya həmçinin Redmi K70 Pro modeli də daxil olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 Pro-nun texniki göstəriciləri barəsində məlumat verib. Onun sözlərinə əsasən smartfon 2K keyfiyyətli ekran ilə təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Bununla yanaşı smartfon özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5120 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Redmi K70 seriyasına üstəlik Redmi K70E adlı daha bir model də daxil olacaq və o, MediaTek Dimensity 8300 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Redmi K70 seriyasının bu ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər