
Redmi K70 Pro smartfonu nə ilə fərqlənəcək?
Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın Redmi K70 smartfon seriyasını təqdim etməlidir. Sözügedən seriyaya adi Redmi K70 ilə yanaşı həmçinin Redmi K70 Pro və K70E modelləri daxil olmalıdırlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 Pro barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən Redmi K70 Pro modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 2K keyfiyyətli ekranı birləşdirəcək. Daha öncəki məlumat sızıntılarına inansaq, Redmi K70 Pro üstəlik 120 vatt gücündə sürətli şarj texnologiyalı 5120 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər