
Redmi K70 seriyasının növbəti flaqman modelinin texniki imkanları ortaya çıxıblar
Cihazlar+
14.06.2024
Emil
Xiaomi-nin Redmi brendinin yaxın zamanda Redmi K70 Ultra flaqman smartfonunu təqdim edəcəyi gözlənilir. Bu, keçən il təqdim edilmiş Redmi K70 smartfon seriyasına daxil olacaq daha bir flaqman smartfon olacaq. İndi isə Redmi K70 Ultra-nın texniki imkanları ilə bağlı yeni məlumatlar internetdə ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Redmi K70 Ultra smartfonu MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaq.
Üstəlik smartfon 50 MP-lik əsas arxa kameranı əldə edəcək. Məlumatlarda qeyd edilib ki, Redmi K70 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq və özündə 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranı birləşdirəcək. Üstəlik smartfon 24 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini əldə etməlidir. Batareyaya gəldikdə isə məlumata əsasən Redmi K70 Ultra 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
