
Redmi K70 smartfon seriyasının Snapdragon 8 Gen 3-ü əldə edəcəyi təsdiqlənib
Cihazlar+
25.10.2023
Emil
Snapdragon 8 Gen 3-ün təqdimatından sonra müxtəlif Android smartfon istehsalçıları sözügedən yeni prosessoru əldə edəcək smartfonlarını anons ediblər. Onların arasında Xiaomi, iQOO, OnePlus, OPPO, realme və vivo kimi brendlər var. İndi isə məlum olub ki, Snapdragon 8 Gen 3-ə sahib olacaq smartfonunu həmçinin Redmi brendi də hazırlayır. Redmi-nin Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında təqdim etmiş olduğu rəsmi posterə əsasən söhbət, Redmi K70 smartfon seriyasından gedir. Redmi K70 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib. Lakin təqdimatın bu ilin sonuna kimi baş tutacağı gözlənilir. Bundan əlavə olaraq bu seriyaya daxil olacaq bütün modellərin və ya yalnız Redmi K70 Pro-nun Snapdragon 8 Gen 3-ü əldə edəcəyi də aydın deyil.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
