Logo
    main-post-cover

    Redmi K70 smartfonları barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    13.07.2023
    Emil
        Redmi K70 smartfon seriyasının təqdimatına hələ yarım il vaxt qalmasına baxmayaraq onun barəsində məlumatlar artıq internetdə ortaya çıxırlar. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi yeni məlumatlara əsasən Redmi K70 seriyasının bütün modelləri plastik materialdan hazırlanmış kənar çərçivələrdən məhrum olacaqlar. Bununla yanaşı sözügedən seriyanın bütün modelləri ekran ətrafı nazik çərçivələrə sahib olacaqlar. İnsayderin sözlərinə əsasən Redmi K70 modellərindən biri 2K keyfiyyətli, Snapdragon 8 Gen 3 prosessoru və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5120 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki, bu texniki göstəricilər Redmi K70 Pro-ya aiddir.
    Paylaş
    Bənzər xəbərlər