Logo
    main-post-cover

    Redmi K70 smartfonları yeni növ flaqman ekranları əldə edəcəklər

    Cihazlar+
    26.10.2023
    Emil
         Xiaomi şirkətinin məhsullar üzrə direktoru Wang Teng Thomas bildirib ki, Redmi brendi öz partnyorları ilə birlikdə 1.5K 2K keyfiyyətli yeni növ mobil ekranların istehsallarına qərar verib. Məlumatda qeyd edilib ki, nəzərdə tutulmuş bu yeni flaqman ekranlar mobil ekranlar bazarını 1 il müddətinə qabaqlayırlar. Məlumata əsasən Redmi brendi hal hazırda bu cür ekranları Redmi K70 smartfon seriyasının modellərinə quraşdırmağı planlaşdırır. Söhbət Redmi K70 və K70 Pro-dan gedir. Bu hər iki smartfon 2K keyfiyyətli yastı OLED ekranları əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının ilin sonuna kimi təqdim olunacağı gözlənilir. Bu seriyaya daxil olacaq modellər həmçinin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqlar.
    Paylaş