Logo
    main-post-cover

    Redmi K70 smartfonlarının batareyaları barəsində məlumat ortaya çıxıb

    Cihazlar+
    12.10.2023
    Emil
         Redmi K70 smartfon seriyasına daxil olacaq adi Redmi K70 modelinin 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi dünən məlum oldu. İndi isə sözügedən modelin və Redmi K70 Pro-nun sahib olacaqları batareya həcmləri barəsində məlumat ortaya çıxıb. Üstəlik Redmi K70 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub.
         Beləliklə ortaya çıxmış məlumata əsasən adi Redmi K70 modeli 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi K70 Pro-ya gəldikdə isə o özündə 5100 mAh enerji tutumlu batareyanı birləşdirəcək və 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Son məlumat sızıntılarına əsasən adi Redmi K70 modeli Snapdragon 8 Gen 2 prosessoru, Redmi K70 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Redmi K70 smartfon seriyasının ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
     
    Paylaş