Logo
    main-post-cover

    Redmi K70 smartfonlarının hansı prosessorlarla təchiz olunacaqları məlum olub

    Cihazlar+
    08.05.2023
    Emil
        Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın təqdim olunacaq yeni flaqman smartfon seriyası üzərində çalışır. Söhbət, Redmi K70-dən gedir. Daha öncə güman edilirdi ki, sözügedən yeni smartfon seriyasına iki model daxil olacaq. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi yeni məlumata əsasən Redmi K70 seriyasına üç model daxil olacaq. K70, K70 Pro K70E. İnsayder bildirib ki, bu 3 smartfon müxtəlif prosessorlara sahib olacaq.
        Söhbət, Snapdragon 8+ Gen 1, Snapdragon 8 Gen 2Snapdragon 8 Gen 3-dən gedir. Əgər bu məlumat həqiqətə uyğundursa, deməli şirkətin bu ilin ikinci yarısındakı flaqman smartfonlarının sayı 7-ə çatacaq. Belə ki, yay fəslinin sonunda Redmi K60 Ultra smartfonunun təqdimatı gözlənilir. Daha sonra onun qlobal versiyası olacaq Xiaomi 13T təqdim olunmalıdır. İlin sonunda isə Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun təqdimatları gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər