
Redmi K70 smartfonlarının kameraları barəsində məlumat verilib
Xiaomi-nin Redmi brendi hal hazırda aktiv şəkildə Redmi K70 smartfon seriyası üzərində çalışır Digital Chat Station ləqəbli məşhur insayder insayder isə bu seriyaya daxil olacaq smartfonlar barəsində yeni məlumatlar verib. Təqdim edilmiş məlumatlar Redmi K70 ilə K70 Pro-nun kameralarını əhatə edirlər. İnsayderin sözlərinə əsasən bu smartfonlardan biri Samsung şirkətinin HP3 adlı 200 MP-lik kamerasını, digəri isə Sony IMX 707 kamera obyektivini əldə edəcək.
Hər iki smartfonun əsas arxa kamerası optik stabilizasiya sistemini və təsvirlərin emalı üçün nəzərdə tutulmuş Surge adlı çipin dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, Digital Chat Station daha öncə bildirmişdi ki, Redmi K70 smartfonlarından biri Snapdragon 8 Gen 2, digəri isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının qış fəslində təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər