Logo
    Redmi K70 smartfonlarının satışları 2 həftəyə ümumilikdə 1 milyona  çatıb

    Redmi K70 smartfonlarının satışları 2 həftəyə ümumilikdə 1 milyona çatıb

    Cihazlar+
    20.12.2023
         Xiaomi-nin Redmi brendi öz Redmi K70 smartfon seriyasının əldə etmiş olduğu nailiyyəti elan edib. Belə ki, Redmi K70 smartfonları satışa çıxdıqları andan Redmi K seriyasının rekordunu yeniləyiblər. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyası keçən ayın sonunda təqdim edilmişdi. Məlumata əsasən ümumilikdə 1 milyon ədəd Redmi K70 smartfonlarını satmaq üçün Redmi brendinə 2 həftə vaxt lazım olub. Redmi-nin sözlərinə əsasən Redmi K seriyasının daha öncəki modellərinin start satışları zamanı smartfonlar Redmi K70 modelləri kimi sürətli satılmayıblar. 

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...