Logo
    main-post-cover

    Redmi K70 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    28.08.2023
        Xiaomi-nin Redmi brendi hal hazırda aktiv şəkildə Redmi K70 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq smartfonlardan biri də Redmi K70 Pro olacaq. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində məlum olub ki, Redmi K70 Pro smartfonu 3.35 GHz tezlikdə çalışan prosessor ilə təchiz olunacaq. Çox güman ki, söhbət, MediaTek Dimensity 9200+ prosessorundan gedir. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1882 xal, çox nüvəli testi çərçivəsində isə 4536 xal toplayıb. Redmi K70 smartfon seriyasının yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi K70 smartfonu Geekbench testlərindən keçib | Technote