
Redmi K70 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
05.07.2024
Emil
Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim edəcək. Bu smartfonla da brendin keçən ilki Redmi K70 smartfon seriyası sonlanmış olacaq. Redmi K70 Ultra barəsində isə məlumatlar tədricən ortaya çıxmağa davam edirlər. Məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench sayəsində məlum olub ki, Redmi K70 Ultra smartfonu MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq və qutudan Android 14-ü əldə edəcək.
Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Beləliklə Redmi K70 Ultra Geekbench-in bir nüvəli testi çərçivəsində 2279 xal, çox nüvəli testi çərçivəsində isə 7544 xal toplayıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Redmi brendi rəsmi şəkildə təsdiqlədi ki, Redmi K70 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
