Redmi K70 Ultra flaqman smartfonu sertifikatlaşdırmadan keçib
Cihazlar+
16.05.2024
Emil Nəcəfov
Xiaomi-nin Redmi brendi keçən ilin sonunda Redmi K70 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Redmi K70, K70 Pro və K70E modelləri daxil oldular. İndi isə Redmi brendi Redmi K70 smartfon seriyasının növbəti modeli üzərində çalışır. Söhbət, Redmi K70 Ultra-dan gedir. Məlum olub ki, Redmi K70 Ultra smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyində 2407FRK8EC indeksi ilə qeydiyyatdan keçib. Bu isə smartfonun demək olar tam hazır olduğuna işarə edir. 3C-nin məlumatlar bazasında smartfonun texniki göstəriciləri barəsində ətraflı məlumat yoxdur.
Lakin bununla belə məlumatlar bazasında qeyd edilib ki, Redmi K70 Ultra smartfonu 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Redmi K70 Ultra-nın nə zaman təqdim olunacağı dəqiq olaraq bilinmir. Lakin nəzərə alsaq ki, Redmi K60 Ultra modeli keçən ilin avqust ayında təqdim olunmuşdu, Redmi K70 Ultra-nın bu ilin avqust ayında təqdim olunacağı istisna deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi artıq elektrikli krossover üzərində çalışır
Xiaomi artıq elektrikli krossover üzərində çalışır
Xiaomi şirkəti mart ayının sonunda özünün SU7 adlı elektromobilinin satışlarına start verdi. Satışlara start veriləndən sonra satış göstəriciləri şirkətin gözləntilərindən də yuxarı olub.
Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Xiaomi-nin POCO brendi dünən POCO F6 subflaqman smartfonunun təqdimatını anons etdi.
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi-nin POCO brendi sonunda POCO F6 smartfonunun təqdimatını anons edib.
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Xiaomi şirkəti hal-hazırda ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir.
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi şirkəti bu ilin ikinci yarısında Xiaomi 15 smartfon seriyasını təqdim edəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!