Logo
    main-post-cover

    Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib

    Cihazlar+
    10.07.2024
    Emil
         Xiaomi-nin Redmi brendi təqdimata hazırlaşan Redmi K70 Ultra flaqman smartfonunun yeni tizer posterini təqdim edib. Təqdim edilmiş poster sözügedən smartfonun arxa panel dizaynını sərgiləyir. Posterdən belə qənaətə gəlmək olar ki, Redmi K70 Ultra smartfonu xarici görünüşcə digər Redmi K70 modellərinə bənzəyəcək. Smartfonun arxa panelinin yuxarı sol hissəsində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 4 ədəd obyektiv mövcud olacaq.
         Bununla yanaşı posterdə qeyd edilmiş məlumata əsasən Redmi K70 Ultra artıq bu ay təqdim ediləcək. Çox güman ki, smartfon şirkətin qatlana bilən Xiaomi MIX Fold 4 və qatlana bilən qapaqlı MIX Flip smartfonları ilə birlikdə təqdim olunacaq. Xiaomi CEO-su bu yeni qatlana bilən smartfonların bu ay təqdim olunacaqlarını artıq rəsmi şəkildə təsdiqləyib. Redmi K70 Ultra-nın 144 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edəcəyi, MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacağı və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Paylaş