Redmi K70 Ultra-nın batareya həcmi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
12.07.2024
Emil Nəcəfov
Təqdimata hazırlaşan Redmi K70 Ultra flaqman smartfonu barəsində yeni təfərrüatlar internetdə ortaya çıxıblar. Bu dəfə Redmi brendi sözügedən smartfonun özəlliklərini əks etdirən daha iki yeni posteri təqdim edib. Təqdim edilmiş posterlərdən birində Redmi K70 Ultra-nın batareya həcmi və sahib olacağı sürətli şarj texnologiyasının gücü qeyd edilib. Beləliklə posterə əsasən smartfon 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Həmin posterdə həmçinin qeyd edilib ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Təqdim edilmiş ikinci posterdə isə görmək olar ki, Redmi K70 Ultra özündə nazik ekran ətrafı çərçivəni birləşdirəcək. Belə ki, smartfonun ekran ətrafı çərçivəsinin kənar hissələrinin qalınlığı 1.7 mm, yuxarı və aşağı hissələrinin qalınlığı isə 1.9 mm təşkil edəcək. Qeyd etmək lazımdır ki, Redmi K70 Ultra artıq bu ay ərzində təqdim olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Mi Band 9-un render fotosu ortaya çıxıb
Xiaomi Mi Band 9-un render fotosu ortaya çıxıb
Dünən məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti növbəti təqdimat tədbirini 18 iyul tarixində keçirəcək və tədbir çərçivəsində qatlana bilən Xiaomi MIX Fold 4, MIX Flip smartfonları ilə yanaşı həmçinin Xiaomi Mi Band 9 smart qolbağı da təqdim olunacaq.
Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
Xiaomi-nin Redmi brendi Redmi K70 Ultra flaqman smartfonu barəsində məlumatları təqdim etməyə davam edir.
Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
Xiaomi şirkəti öz istifadəçi interfeysi olan HyperOS-in ikinci versiyasını smartfonlarında istifadəyə verməyə hazırlaşır.
Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib
Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib
Xiaomi-nin Redmi brendi dünən Redmi K70 Ultra-nın yeni tizer posterini təqdim etdi. Tizer posterdə smartfon qaranlıq fonda əks olunsa da onun arxa panelini görmək olardı.
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Bir neçə gün bundan öncə Xiaomi şirkətinin CEO-su Lei Jun rəsmi şəkildə təsdiqlədi ki, şirkətin qatlana bilən Xiaomi MIX Fold 4 və ilk qatlana bilən qapaqlı MIX Flip smartfonları artıq bu ay ərzində təqdim olunacaqlar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!