Redmi K70 Ultra-nın bəzi flaqman özəllikləri açıqlanıb
Cihazlar+
26.04.2024
Farid
Xiaomi-nin Redmi brendi keçən ilin sonunda Redmi K70 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Redmi K70, K70 Pro və K70E modelləri daxil oldular. Müəyyən müddətdən sonra isə məlumat ortaya çıxdı ki, Redmi brendi K70 seriyasının ən premium modeli üzərində çalışır. Söhbət, Redmi K70 Ultra-dan gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 Ultra barəsində bəzi yeni məlumatları təqdim edib. Beləliklə insayder bildirib ki, Redmi K70 Ultra smartfonu metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcək və onun arxa paneli şüşə ilə örtülmüş olacaq.
İnsayderin sözlərinə əsasən smartfon MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor 7 may tarixində təqdim olunacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Redmi K70 Ultra 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı dəqiq olaraq bilinmir. Lakin nəzərə alsaq ki, Redmi K60 Ultra modeli keçən ilin avqust ayında təqdim olunmuşdu, Redmi K70 Ultra-nın bu ilin avqust ayında təqdim olunacağı istisna deyil.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Redmi A27Q 2025 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi özünün yeni büdcəli monitorunu təqdim edib. Yeni büdcəli monitor Redmi A27Q 2025 adlanır.
Cihazlar+
Redmi Buds 5A naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi öz yeni naqilsiz qulaqlığını təqdim edib. Yeni naqilsiz qulaqlıq Redmi Buds 5A adlanır.
Cihazlar+
Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
Qualcomm öz növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4-ü bu ilin ikinci yarısında təqdim edəcək.
Cihazlar+
İnsayderlər POCO F6 subflaqman smartfonunun texniki imkanlarını açıqlayıblar
Xiaomi-nin POCO brendinin hazırladığı yeni smartfonlardan biri də POCO F6-dır. İndi isə insayderlər sözügedən smartfonun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüblər.
Proqram Təminatı
Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə etməyə başlayıblar
Xiaomi şirkəti öz smartfonlarının sistemlərini HyperOS-ə kimi yeniləməyə davam edir.
Ən çox oxunanlar