Logo
    main-post-cover

    Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib

    Cihazlar+
    11.07.2024
         Xiaomi-nin Redmi brendi dünən Redmi K70 Ultra-nın yeni tizer posterini təqdim etdi. Tizer posterdə smartfon qaranlıq fonda əks olunsa da onun arxa panelini görmək olardı. İndi isə Redmi brendi Redmi K70 Ultra-nın arxa panelini tam aydın şəkildə sərgiləyən fotoları təqdim edib. Təqdim edilmiş fotolarda smartfon Ice Glass adlı gövdə rəngində əks olunub. Bununla yanaşı məlumata əsasən Redmi K70 Ultra-nın gövdəsi metal materialdan hazırlanacaq və onun arxa paneli şüşə örtüyə sahib olacaq.
         Fotolarda bir daha görmək olar ki, Redmi K70 Ultra-nın arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd obyektiv ilə LED işıqlandırma olacaq. Bundan əlavə olaraq Redmi brendi bu yeni smartfonun bəzi texniki imkanlarını sərgiləyən fotonu da təqdim edib. Təqdim edilmiş fotoya əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekranı əldə edəcək və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Redmi K70 Ultra-nın bu ay ərzində qatlana bilən Xiaomi MIX Fold 4MIX Flip smartfonları ilə birgə təqdim olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib | Technote