Logo
    main-post-cover

    Redmi K70 Ultra-nın vacib texniki imkanları açıqlanıb

    Cihazlar+
    05.02.2024
    Emil
         Xiaomi şirkətinin Redmi brendi keçən il Redmi K70, K70 ProK70E smartfonlarını təqdim edəndən bir neçə müddət sonra məlumat ortaya çıxdı ki, şirkət üstəlik Redmi K70 Ultra smartfonunu da hazırlayır. İndi isə insayderlər Redmi K70 Ultra smartfonu barəsində bəzi yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Redmi K70 Ultra smartfonu maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edəcək 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq. Smartfon MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və onun premium versiyası özündə 24 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirəcək. Batareya həcminə gəldikdə isə smartfon 5500 mAh enerji tutumlu batareyanı əldə edəcək. Redmi K70 Ultra-nın nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş