Logo
    main-post-cover

    Redmi K70 Ultra-ya aid olduğu güman edilən texniki göstəricilər açıqlanıb

    Cihazlar+
    29.12.2023
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder adı çəkilməmiş yeni smartfonun bəzi texniki imkanlarını açıqlayıb. İnsayderin sözlərinə əsasən hazırlanan yeni smartfon BOE şirkətinin istehsalı olan 1.5K və ya 2K keyfiyyətli yastı OLED ekranını əldə edəcək. Bununla yanaşı smartfon MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq. İnsayder bildirib ki, sözügedən smartfonun əsas üstünlüyü ondan ibarət olacaq ki, o, aşağı satış qiymətinə sahib olacaq. Qeyd etmək lazımdır ki, bu il bunlara bənzər özəllikləri Redmi K60 Ultra smartfonu təqdim etmişdi. Buna görə də heç istisna deyil ki, insayder onun davamçısı olacaq Redmi K70 Ultra smartfonu barəsində məlumatlar verib. Bunun olacağı halda smartfon, Redmi K60 Ultra kimi qlobal bazarda Xiaomi 14T adı altında satışa çıxa bilər.
    Paylaş