
Redmi K70 və K70 Pro-nun bəzi texniki göstəriciləri açıqlanıb
Xiaomi-nin Redmi brendi yaxın aylar ərzində Redmi K70 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya Redmi K70 və Redmi K70 Pro modelləri daxil olacaqlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonlar barəsindəm yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən hər iki smartfon 2K keyfiyyətli ekran, telekamera və 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı insayder smartfonların hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəklərini də açıqlayıb. Belə ki, Redmi K70 modeli 90 vatt, Redmi K70 Pro modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfonlar arasındakı əsas fərq prosessorlarda olacaq. Belə ki, Redmi K70-in Snapdragon 8 Gen 2, Redmi K70 Pro-nun isə Snapdragon 8 Gen 3 ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər