
Redmi K70E-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə təsdiqlənib
Cihazlar+
21.11.2023
Emil
MediaTek-in Dimensity 8300 prosessorunu təqdim etdiyi zaman Redmi brendi təsdiq edib ki, Redmi K70 seriyasına daxil olacaq Redmi K70E modeli yeni MediaTek prosessoru vasitəsilə çalışacaq. Lakin söhbət, Dimensity 8300-dən deyil, Dimensity 8300 Ultra-dan gedir. Çox güman ki, Dimensity 8300 Ultra prosessoru adi Dimensity 8300-ün daha sürətləndirilmiş versiyası olacaq. Bununla yanaşı məlum olub ki, Dimensity 8300 Ultra-ya sahib Redmi K70E smartfonu AnTuTu testlərində ümumilikdə 1 526 328 xal toplayıb. Redmi K70 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
