
Redmi K70E-nin ön panelini əks etdirən real fotolar ortaya çıxıb
Cihazlar+
23.11.2023
Emil
Xiaomi-nin Redmi brendi artıq Redmi K70 smartfon seriyasının təqdimatını anons edib. Təqdimat 29 noyabr tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, bu smartfon seriyasına Redmi K70, K70 Pro və K70E modelləri daxil olacaqlar. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K70E modelinin real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun ön paneli əks olunub.

Fotolardan da görmək olar ki, smartfon yastı ekranı və nazik ekran ətrafı çərçivəni əldə edəcək. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Artıq rəsmi şəkildə məlumdur ki, Redmi K70E smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək. Bununla yanaşı smartfon MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
