
Redmi K70E-nin qlobal versiyası POC0 X6 Pro 5G təqdimata hazırlaşır
Xiaomi-nin POCO brendi qlobal bazarda yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, POCO X6 Pro 5G-dən gedir. İnsayderlər bildiriblər ki, Xiaomi şirkəti bu smartfon üçün HyperOS-in qlobal versiyasını test edir. Əgər hər şey yolunda getsə, HyperOS-in qlobal versiyası POCO X6 Pro 5G üçün yanvar ayının sonunda istifadəyə veriləcək. Bu isə o deməkdir ki, smartfonun özü də məhz yanvar ayının sonunda təqdim olunacaq. Gözləntilərə əsasən POCO X6 Pro 5G smartfonu Redmi K70E-nin qlobal versiyası rolunda çıxış etməlidir. Smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, MediaTek Dimensity 8300 Ultra prosessoru, 64 MP-lik əsas arxa kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir.
Paylaş