Logo
    main-post-cover

    REDMI K80 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.06.2025
    Emil
         Xiaomi-nin REDMI brendi öz yeni flaqman smartfonunu təqdim edib. Söhbət, REDMI K80 Ultra-dan gedir. Bu yeni flaqman smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI K80 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. REDMI K80 Ultra-nın gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI K80 Ultra özündə 50 MP + 8 MP ikili arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 7410 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI K80 Ultra artıq Çində satışa çıxıb və onun qiyməti 362$-dan start götürür. Çox güman ki bu yeni smartfon sentyabr ayında Xiaomi 15T Pro adı altında qlobal bazarda təqdim olunacaq.
    Paylaş