
REDMI Monitor G Pro 27U gaming monitoru təqdim edilib
Cihazlar+
18.04.2025
Emil
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G Pro 27U adlanır. Beləliklə bu yeni monitor iki rejim çərçivəsində çalışa bilir. Birinci rejim çərçivəsində monitor 160 Hz-lik təsvir yenilənməsini və 4K görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsini və 1080p görüntü keyfiyyətini təmin edir. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir.

Ekran həm Adobe RGB həm də DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 girişlərini və 5 vatt gücündə səsgücləndiriciləri birləşdirir. Bundan əlavə olaraq monitora HarmonyOS 2.0 əməliyyat sistemi quraşdırılıb. Bu isə öz növbəsində monitoru smart televizor qismində istifadə etməyə imkan verir. Redmi Monitor G Pro 27U 24 aprel tarixində Çində satışa çıxacaq. Satış qiyməti də məhz həmin tarixdə məlum olacaq. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı isə bilinmir.
Mənbə: Xiaomi
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
