Logo
    main-post-cover

    REDMI Monitor G34WQ 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.10.2025
    Emil
         Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G34WQ 2026 adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib WQHD keyfiyyətli 34 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 2 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4 HDMI 2.0 girişlərini əldə edib. REDMI Monitor G34WQ 2026 artıq Çində satışa çıxıb və onun qiyməti 196$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş