Logo
    main-post-cover

    Redmi-nin bilinməyən smartfonu barəsində məlumat verilib

    Cihazlar+
    24.07.2023
    Emil
        Kənarları əyilmiş dizayna sahib ekranlar mübahisəli nüfuza sahibdirlər. Bir tərəfdən bu cür ekranlar yastı ekranlar ilə müqayisədə daha premium görünürlər. Lakin digər tərəfdən onlar çox halda istifadəçinin səhv toxunuşlarına reaksiya verirlər və təmir məsələsində daha baha başa gəlirlər. Çindən olan brendlərin çox hissəsi öz smartfonlarında yastı ekranlara keçid etdikləri bir vaxtda Xiaomi şirkəti əksinə bu cür ekranları öz flaqman smartfonlarına və üstəlik büdcəli Redmi subbrendinin smartfonlarına inteqrasiya edir.
        Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Redmi-nin ilin sonuna kimi təqdim edəcəyi smartfonlardan biri məhz kənarları əyilmiş dizayna sahib ekranla təchiz olunacaq. İnsayder söhbətin hansı smartfondan getdiyi barəsində məlumat verməyib. Lakin bu mövzuda variant sayı o qədər də çox deyil. Söhbət, ya Redmi K70 Pro-dan ya da Redmi Note 13 Pro+ modelindən gedir. İnsayder həmçinin bildirib ki, Redmi-nin kənarları əyilmiş ekranı əldə edəcək smartfonu o cümlədən maksimal dərəcədə nazik ekran ətrafı çərçivələrə sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər