Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
27.04.2021 PAYLAŞIM

    Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib. Söhbət, Redmi K40 Gaming Edition adlı smartfon modelindən gedir. Sözügedən smartfon flaqman texniki özəlliklər və gamerlər üçün unikal funksiyalar əldə edib. Redmi K40-ın gamerlər üçün olan versiyasını hazırlayan zaman mühəndislər elə bir universal cihaz hazırlamaq istəyiblər ki, o həm gamerlər üçün həm də gündəlik istifadə üçün rahat olsun. Buna görə də o, digər gamer smartfonlarla müqayisədə adi xarici görünüşə sahibdir.


    Bununla belə Redmi K40 Gaming Edition modelinin qalınlığı 8.3 mm təşkil edir. Bu isə onu digər gamer smartfonları arasında daha nazik model edir. Redmi K40 Gaming Edition modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekrana sahibdir. Smartfonun həm ön həm də arxa paneli Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Bununla yanaşı smartfonun sağ kənar hissəsi xarici istiqamətə çıxan xüsusi düymələrə sahibdir. Həmin düymələr mobil oyunlarda rahat idarəetmə üçün lazımdır. İstifadəçinin istəyi ilə həmin düymələr gövdənin daxili hissəsindən xaricə çıxır və beləliklə istifadəçi onlardan rahatlıqla istifadə edə bilər.

    Əsas texniki özəlliklərə gəldikdə isə Redmi K40 Gaming Edition modeli MediaTek Dimensity 1200 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.65 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5065 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Verilmiş məlumata əsasən smartfon 100% enerjini 42 dəqiqəyə yığır. Smartfonun daxilinə həmçinin 3 səviyyəli soyutma sistemi və temperaturun ölçülməsi üçün nəzərdə tutulmuş ötürücü quraşdırılıb. Redmi K40 Gaming Edition 30 aprel tarixində satışa çıxacaq. Onun qiyməti isə aşağıdakı kimidir:

- 6 GB RAM + 128 GB yaddaş - 308$

- 8 GB RAM + 128 GB yaddaş - 339$

- 8 GB RAM + 256 GB yaddaş - 370$

- 12 GB RAM + 128 GB yaddaş - 370$

- 12 GB RAM + 256 GB yaddaş - 416$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..

×