Redmi Note 11-in texniki kopyası: POCO M4 Pro 5G təqdim olunub - QİYMƏTİ

Redmi Note 11-in texniki kopyası: POCO M4 Pro 5G təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
10.11.2021 PAYLAŞIM

    Xiaomi-nin POCO brendi yeni POCO M4 Pro 5G smartfon modelini təqdim edib. Texniki cəhətdən bu smartfon bir neçə müddət bundan öncə Çində təqdim edilmiş Redmi Note 11-in kopyasıdır. Lakin xarici görünüşcə yeni smartfon Redmi Note 11-dən bir qədər fərqlənir və qlobal bazarda satışlar üçün nəzərdə tutulub. Beləliklə POCO M4 Pro 5G smartfonu 90 Hz-lik təsvir yeilənməsinə sahib 6.6 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    POCO M4 Pro 5G modeli 3.5 mm-lik audiogirişə və stereo səsgücləndiricilərə sahibdir. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Dimensity 810 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq təsviri) ikili arxa kamera, 16 MP-lik (f/2.45 diafraqma) ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfonun arxa kameraları gecə çəkilişi rejimini dəstəkləyirlər və saniyədə 30-60 kadr sürətlə 1080p keyfiyyətində və saniyədə 30 kadr sürətlə 720p keyfiyyətində videolar çəkə bilirlər. Ön kamera isə saniyədə 30 kadr sürətlə 1080p keyfiyyətində videolar çəkə bilir. POCO M4 Pro 5G həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi də özündə birləşdirir. Smartfon MIUI 12.5 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon artıq sabah satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:

- 4 GB RAM + 64 GB yaddaş - 229 avro

- 6 GB RAM + 128 GB yaddaş - 249 avro.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ..

Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib.


Redmi yeni orta büdcəli smartfonu Redmi Note 11T-ni təqdim edib - QİYMƏTİ

Redmi brendi Note 11 smartfon seriyasını daha bir model ilə genişləndirib. Belə ki, yeni orta büdcəl..


Məşhur analitik iPhone SE Plus barəsində məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcək büdcəli smartfonları barəsində yeni məlumatlar..


Verilmiş yeni məlumat Samsung şirkətinin Galaxy Note seriyasından imtina etdiyin..

Sonuncu Galaxy Note seriyasının satışa çıxmasından 1 ildən çox vaxt keçib.


OnePlus 10 Pro smartfonunun texniki özəllikləri internetdə ortaya çıxıb

Bir neçə müddət bundan öncə OnePlus 10 Pro smartfon modelinin keyfiyyətli render fotoları ortaya çıx..


iPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C girişinə sahib ola bilərlər..

Bir neçə mənbənin verdiyi məlumata əsasən gələn il iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonları L..

×