Reklam
Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
24.05.2022 PAYLAŞIM

    Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar. Söhbət, Redmi Note 11T ProNote 11T Pro+ smartfonlarından gedir. Təqdim edilmiş bu yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər və bəzi texniki özəlliklər baxımından fərqlənirlər. Beləliklə hər iki smartfon 144 Hz-ə kimi olan təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranların yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonların arxa panelləri şüşə materialdan hazırlanıb və onların gövdələri IP53 standartı üzrə sudan qorunurlar.


    Smartfonlar özlərində həmçinin naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi, kontaktsız ödənişlər üçün NFC çipini və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirirlər. Hər iki smarrtfon 8 nüvəli 5 nanometrlik MediaTek Dimensity 8100 prosessoru ilə təchiz olunub. Digər özəlliklərə gəldikdə isə Redmi Note 11T Pro modeli 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə əhatə bucağı) + 2 MP üçlü axra kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Note 11T Pro+ modelinə gəldikdə isə o da demək olar ki, eyni texniki göstəricilərə sahibdir.

    Sadəcə olaraq Note 11T Pro+ modelinin 512 GB daxili yaddaşa sahib versiyası var. Həmçinin bu model yalnız 8 GB RAM ilə təchiz olunub. Bundan əlavə olaraq sözügedən model 120 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfonlar MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışırlar. Yeni smartfonlar bu ayın sonunda Çində satışa çıxacaqlar. Onların qlobal bazarda satışları barəsində məlumat isə daha sonra veriləcək. Bundan əlavə olaraq Xiaomi bildirib ki, qarşıda olan yay aylarından birində həmçinin Redmi Note 11T modeli də təqdim ediləcək. Yeni smartfonlara gəldikdə isə onların Çində satış qiymətləri aşağıdakı kimi olacaq:

- 6 GB RAM-a və 128 GB yaddaşa sahib Note 11T Pro - 270$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Note 11T Pro - 285$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Note 11T Pro - 315$

- 128 GB yaddaşa sahib Note 11T Pro+ - 300$

- 256 GB yaddaşa sahib Note 11T Pro+ -330$

- 512 GB yaddaşa sahib Note 11T Pro+ - 360$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12 Ultra ləğv edilib: Onu digər flaqman smartfon əvəz edəcək

Şirkət istifadəçilər üçün onun digər alternativi olan yeni flaqman smartfon təqdim edəcək...


Nothing Phone (1)-in hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum olub..

Nothing şirkətinin rəhbəri Carl Pei təqdimata hazırlaşan Nothing Phone (1)-in ən vacib özəlliyi barə..


Məşhur jurnalist: 'iPhone 14 Pro modellərində çoxdan gözlənilən Always on Displa..

Bloomberg saytının jurnalisti Mark Gurman bildirib ki, iPhone 14 Pro və iPhone 14 Pro Max modellərin..


Nothing Phone (1)-in satış qiymətləri barəsində məlumat verilib

Son zamanlar Nothing Phone (1) barəsində məlumatlar daimi şəkildə ortaya çıxır.


HTC metakainat üçün nəzərdə tutulmuş Desire 22 Pro adlı yeni smartfonunu təqdim ..

HTC şirkəti söz verdiyi kimi Viverse adlı metakainata qoşulmaq üçün nəzərdə tutulmuş Desire 22 Pro a..


Xiaomi 12 Lite smartfonunun qutu açılışı videosu ortaya çıxıb (VİDEO)

Xiaomi 12 smartfonunun Lite modelinin təqdimatını gözləmədən insayderlər onun qutu açılışı videosunu..

×