Redmi Note 12 4G Geekbench testlərindən keçib

Redmi Note 12 4G Geekbench testlərindən keçib

Mobil Cihazlar
10.03.2023 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi qlobal bazar üçün Redmi Note 12 4G smartfonu üzərində çalışır. İndi isə bu smartfon Geekbench bençmark saytında ortaya çıxıb. Redmi Note 12 4G Geekbench-də Xiaomi 23028RA60L model nömrəsi ilə ortaya çıxıb. Geekbench-də sözügedən smartfonun əks olunmuş məlumatları onun barəsində daha əvvəl olmuş sızıntıları təsdiqləyiblər. Beləliklə Redmi Note 12 4G modeli Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq.


    Bundan əlavə olaraq Geekbench-dəki məlumatlara əsasən smartfon 4 GB RAM ilə təchiz olunacaq və hal hazırda aktual olan Android 13 vasitəsilə çalışacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 422 xal, çox nüvəli testi çərçivəsində isə 1252 xal toplayıb. Smartfon barəsində başqa bir məlumat yoxdur. Lakin daha öncəki məlumat sızıntılarına əsasən Redmi Note 12 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym AMOLED ekran və 5000 mAh enerji tutumu batareya ilə təchiz olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×