Redmi Note 12 4G-nin fotoları ortaya çıxıb

Redmi Note 12 4G-nin fotoları ortaya çıxıb

Mobil Cihazlar
03.03.2023 PAYLAŞIM

    Redmi brendi Redmi Note 12 smartfon seriyasının yeni modeli üzərində çalışır. Söhbət, Redmi Note 12 4G-dən gedir. Sözügedən smartfon qlobal bazar üçün nəzərdə tutulub. İndi isə internetdə Redmi Note 12 4G-nin keyfiyyətli render fotoları ortaya çıxıb. Ortaya çıxmış render fotolardan birində görmək olar ki, smartfonun arxa kamera sahəsinin dizaynı Moto X40 flaqman smartfonunun arxa kamera dizaynına bənzəyir. Bununla belə smartfonun ön panelinin aşağı hissəsi bir qədər qalın çərçivədən ibarətdir. Son məlumatlara əsasən Redmi Note 12 4G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym AMOLED ekran ilə təchiz olunacaq və Snapdragon 6 seriyasına daxil olan prosessor vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Snapdragon 680 prosessorundan gedir. Smartfonun nə zaman təqdim ediləcəyi barəsində dəqiq bir məlumat yoxdur. Çox güman ki, təqdimat tədbiri yaxın həftələr ərzində baş tutacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×