main-post-cover

    Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

    Cihazlar+
    17.03.2023
    Emil Nəcəfov
        Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. Təqdim ediləcək smartfonlar arasında Redmi Note 12 4G-nin olacağı da gözlənilir. İndi isə insayderlər Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı barəsində məlumatı təqdim ediblər. Beləliklə insayderlər bildiriblər ki, təqdim olunması gözlənilən Redmi Note 12 4G modeli Snapdragon 685 prosessoru ilə təchiz olunacaq. Gözləntilərə əsasən hələ təqdim edilməmiş bu prosessor 8 nüvəli olacaq və 6 nanometrlik texnoloji proses əsasında istehsal ediləcək. Redmi Note 12 4G smartfonuna gəldikdə isə daha əvvəlki məlumat sızıntılarına əsasən bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala