Redmi Note 12 4G-nin növbəti fotoları ortaya çıxıb

Redmi Note 12 4G-nin növbəti fotoları ortaya çıxıb

Mobil Cihazlar
13.03.2023 PAYLAŞIM

    Qlobal bazar üçün nəzərdə tutulmuş Redmi Note 12 4G smartfonunun real fotoları internetdə ortaya çıxıb. Məlumata əsasən smartfonun fotolarını internetdə satıcılardan biri yayıb və o, Redmi Note 12 4G-ni 200$-a satır. Lakin gözləntilərə əsasən smartfonun 4 GB RAM128 GB yaddaşa sahib versiyası Avropa bazarında 280 avro qiymətində satılacaq. Təqdim edilmiş real fotolarda smartfon iki gövdə rəngində əks olunub. Mavi və qara. Ekranın üzərində olan örtükdə isə smartfonun texniki özəllikləri əks olunub. Beləliklə Redmi Note 12 4G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, ekran üzərində Gorilla Glass qoruyucu şüşəsi, Snapdragon prosessoru (çox güman ki, Snapdragon 685), 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya və əsas obyektivi 50 MP-lik olacaq üçlü arxa kamera ilə təchiz olunacaq. Redmi Note 12 4G-nin nə zaman təqdim ediləcəyi dəqiq olaraq hələ bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman sma..


Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqay..


Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altınd..


iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqi..

Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəc..


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..

×