Logo
    main-post-cover

    Redmi Note 12 Pro 4G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.04.2023
    Emil
        Redmi brendi Redmi Note 12 Pro smartfonunun 4G versiyasını təqdim edib. Təqdim edilmiş yeni smartfonu adi Redmi Note 12 Pro-dan fərqləndirən əsas faktor prosessor modelidir. Belə ki, Redmi Note 12 Pro 4G smartfonu Snapdragon 732G prosessoru ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Redmi Note 10 Pro modeli də sözügedən prosessor vasitəsilə çalışır. Redmi Note 12 Pro 4G-nin arxa panel dizaynı adi Redmi Note 12 Pro-nun arxa panel dizaynından bir qədər fərqlənir. Beləliklə Redmi Note 12 Pro 4G 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub.
        Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşib. Smartfon özündə həmçinin stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Digər texniki göstəricilərə gəldikdə isə smartfon özündə 108 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 16 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon Android 12 vasitəsilə çalışır və artıq İndoneziyada 300$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər