
Redmi Note 12 smartfonları qlobal bazarda satışa çıxmağa hazırlaşırlar
Cihazlar+
15.11.2022
Emil
1 ay bundan öncə Xiaomi şirkəti Redmi Note 12, Note 12 Pro və Note 12 Pro+ smartfonlarını təqdim etmişdi. İndi isə şirkət sözügedən smartfonların qlobal versiyalarını satışa çıxartmağa hazırlaşır. Bu barədə məlumatı Mukul Sharma adlı məşhur hindistanlı insayder təqdim edib. Onun sözlərinə əsasən Xiaomi Avropanın və Asiyanın bəzi ölkələrində Redmi Note 12 smartfonlarının qlobal versiyalarının istehsalına artıq start verib. Əgər heç bir dəyişiklik olmasa şirkət Redmi Note 12 modellərinin qlobal versiyalarını ya gələn ay ya da yanvar ayında təqdim edə bilər. Redmi Note 12 modellərinin qlobal versiyaları barəsində digər bir məlumat verilməyib. Gözləntilərə əsasən smartfonların qlobal versiyaları fərqli adlara və texniki özəlliklərə sahib olacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
