
Redmi Note 12R Pro adlı yeni smartfonun təqdimatı anons edilib
Cihazlar+
27.04.2023
Emil
Xiaomi şirkəti gözlənilmədən Redmi brendinin yeni smartfonunun təqdimatını anons edib. Təqdim olunacaq yeni smartfon Redmi Note 12 seriyasına daxil olacaq və Redmi Note 12R Pro adlanacaq. Şirkətin Weibo adlı sosial şəbəkədə paylaşmış olduğu posterə əsasən Redmi Note 12R Pro smartfonu 29 aprel tarixində təqdim ediləcək. Redmi Note 12R Pro smartfonu xarici görünüşcə digər Redmi Note 12 modellərinə bənzəyəcək. O, OLED ekran, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi və 48 MP-lik əsas arxa kamera ilə təchiz olunmalıdır. Smartfonun hansı qiymətə satılacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
