Redmi Note 12R Pro smartfonu təqdim edilib - QİYMƏTİ

Redmi Note 12R Pro smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
01.05.2023 PAYLAŞIM

    Xiaomi-nin Redmi brendi Redmi Note 12 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Redmi Note 12R Pro-dan gedir. Təqdim edilmiş yeni smartfon xarici görünüşcə digər Redmi Note 12 modellərindən fərqlənmir. Redmi Note 12R Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.


    Digər texniki özəlliklərə gəldikdə isə Redmi Note 12R Pro modeli Snapdragon 4 Gen 1 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 48 MP + 2 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun gövdəsi IP53 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün NFC çipi ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Redmi Note 12R Pro modeli MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon artıq Çin bazarında 289$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.



DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×