main-post-cover

    Redmi Note 12S haqqında bəzi məlumatlar verilib

    Cihazlar+
    03.03.2023
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Xiaomi şirkəti Redmi Note 12 smartfon seriyasının Avropa bazarı üçün nəzərdə tutulmuş yeni modelinin təqdimatına hazırlaşır. Söhbət, Redmi Note 12S-dən gedir. Məlumatda qeyd edilib ki, sözügedən smartfon sea ocean kod adlarına sahibdir. Onlardan biri NFC çip ilə təchiz olunacaq, digəri isə bu çipə sahib olmayacaq. Bununla belə Redmi Note 12S-in MediaTek prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfon barəsində digər bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Redmi Note 12S modeli keçən ilin yanvar ayında təqdim edilmiş Redmi Note 11S-in davamçısı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər