Redmi Note 12S-in real fotosu ortaya çıxıb

Redmi Note 12S-in real fotosu ortaya çıxıb

Mobil Cihazlar
15.03.2023 PAYLAŞIM

    23 mart tarixində Xiaomi şirkəti Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. Ortaya çxmış yeni məlumata əsasən təqdim olunacaq Redmi Note 12 modelləri arasında həmçinin Redmi Note 12S də olacaq. Sözügedən smartfonun hətta real fotosu da ortaya çıxıb. Fotodan da görmək olar ki, xarici görünüşcə Redmi Note 12S modeli Redmi Note 11S-in kopyasıdır. Məlumata əsasən Redmi Note 12S modelini Redmi Note 11S-dən onunla fərqlənəcək ki, o, 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq və fərqli əsas arxa kamera ilə təchiz olunacaq. Əgər digər texniki özəlliklər baxımından smartfonlar eyni olsalar, deməli Redmi Note 12S modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym AMOLED ekran, MediaTek Helio G96 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×