main-post-cover

    Redmi Note 12S-in real fotosu ortaya çıxıb

    Cihazlar+
    15.03.2023
    Farid Pardashunas
        23 mart tarixində Xiaomi şirkəti Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. Ortaya çxmış yeni məlumata əsasən təqdim olunacaq Redmi Note 12 modelləri arasında həmçinin Redmi Note 12S də olacaq. Sözügedən smartfonun hətta real fotosu da ortaya çıxıb. Fotodan da görmək olar ki, xarici görünüşcə Redmi Note 12S modeli Redmi Note 11S-in kopyasıdır. Məlumata əsasən Redmi Note 12S modelini Redmi Note 11S-dən onunla fərqlənəcək ki, o, 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq və fərqli əsas arxa kamera ilə təchiz olunacaq. Əgər digər texniki özəlliklər baxımından smartfonlar eyni olsalar, deməli Redmi Note 12S modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym AMOLED ekran, MediaTek Helio G96 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər