
Redmi Note 12T Pro smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.05.2023
Emil
Redmi brendi Redmi Note 12 smartfon seriyasının yeni modelini anons edərək satışa çıxarıb. Söhbət, Redmi Note 12T Pro-dan gedir. Bu yeni smartfon yaxşı keyfiyyətli ekranı, MediaTek prosessoru və nisbətən ucuz qiyməti ilə seçilir. Redmi Note 12T Pro xarici görünüşcə digər Redmi Note 12 modellərindən heç fərqlənmir. Yeni smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.

Smartfon həmçinin özündə stereo səsgücləndiriciləri, kontaktsız ödənişlər üçün NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Bununla yanaşı onun gövdəsi IP53 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 12T Pro smartfonu MediaTek Dimensity 8200 Ultra prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Redmi Note 12T Pro artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çin bazarındakı satış qiymətləri isə belədir.

- 8 GB RAM + 128 GB yaddaş - 225$
- 8 GB RAM + 256 GB yaddaş - 239$
- 12 GB RAM + 256 GB yaddaş - 254$
- 12 GB RAM + 512 GB yaddaş - 281$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
